Türkiyə sərhəd bölmələrini yüzlərlə termal kameralı dronla gücləndirib

Türkiyə sərhəd bölmələrini yüzlərlə termal kameralı dronla gücləndirib

DÜNYA
191

Fins.az - Türkiyə son iki ildə sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə sərhəd bölmələrini yüzlərlə pilotsuz uçuş aparatı ilə təmin edib.

Məlumata görə, Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən sərhəd hərbi hissələrinin istifadəsinə 391 ədəd termal kameralı dron verilib.

Bu portativ pilotsuz uçuş aparatları 15-40 kilometr məsafədə yerləşən ərazilərin real vaxt rejimində müşahidəsi və videomonitorinqi üçün istifadə olunur.

Texniki göstəricilərə əsasən, dronlar 7 kilometrədək hündürlüyə qalxa, saniyədə 25 metrə qədər sürətlə hərəkət edə və təxminən bir saat havada qala bilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə sərhəd bölmələrini yüzlərlə termal kameralı dronla gücləndirib — Fins.az — Fins.az