
Trampın açıqlamalarından sonra İspaniya birjası təxminən 2 faiz geriləyib
Fins.az - ABŞ Prezidenti Donald Trampın İspaniya ilə bağlı açıqlamalarından sonra ölkənin əsas fond indeksi IBEX 35 təxminən 2 faiz dəyər itirib.
Ticarət sessiyasının sonunda indeks 1,98 faiz azalaraq 19 250,71 bəndə enib. Tramp NATO sammitində ABŞ-ın İspaniya ilə ticarət əlaqələrini davam etdirmək istəmədiyini bildirib və ölkəni Alyans daxilində “pis tərəfdaş” adlandırıb. Bu açıqlamalardan sonra İspaniya fond bazarında eniş sürətlənib.