Tramp Putin ilə düşən neft qiymətlərini müzakirə edəcək

Tramp Putin ilə düşən neft qiymətlərini müzakirə edəcək

DÜNYA
750

Tramp Putin ilə düşən neft qiymətlərini müzakirə edəcək

Bu gün ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin ilə düşən neft qiymətləri mövzusunu müzakirə edəcək.

Fins.az xəbər verir ki, Tramp Putin ilə, Rusiyanın Səudiyyə Ərəbistanı ilə neft qiyməti müharibəsini və koronavirus pandemiyasının qlobal təsirlərini müzakirə etməyi planlaşdırır.

Tramp, "Fox & Friends"ə verdiyi müsahibəsində, "Rusiyanın da bu vəziyyətlə əlaqədar problemi var, virus ilə. Bu səbəbdən bu mövzu haqqında da danışacağıq" deyib.

ABŞ Prezidenti, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlıq səbəbilə düşən neft qiymətlərinə görə enerji sektorunun "bitdiyini" görmək istəmədiyini söyləyib.

Neft qiymətləri bu gün 17 ilin ən aşağı səviyyələrinə düşüb. Bu gün Brent nefti 13,5% ucuzlaşaraq 21,94 dolları,  Qərb Texas nefti (WTI) 7% düşərək 19.92 dolları görüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Putin ilə düşən neft qiymətlərini müzakirə edəcək — Fins.az — Fins.az