Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi

DÜNYA
565

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.

Fins.az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə “CBN News” telekanalına müsahibəsində bildirib.

D.Tramp deyib ki, B.Obama və ətrafı 2016-cı ildə keçirilən seçkilərdə onun apardığı kampaniyaya qarşı casusluq edib, telefon danışıqlarını dinləyiblər.

Qeyd edək ki, D.Tramp 2019-cu ildə də oxşar açıqlama ilə çıxış etmişdi. Ağ Evin rəhbəri ötən il ABŞ kəşfiyyatı tərəfindən izlənildiyini söyləmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdi — Fins.az — Fins.az