Tramp: Kral Çarlzın ABŞ səfəri münasibətlərin yaxşılaşmasına kömək edə bilər

Tramp: Kral Çarlzın ABŞ səfəri münasibətlərin yaxşılaşmasına kömək edə bilər

DÜNYA
255

Fins.az - ABŞ Prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniya Kralı Çarlz və Kraliça Kamillanın ABŞ-yə planlaşdırılan dövlət səfəri iki ölkə arasında münasibətlərin yaxşılaşmasına töhfə verə bilər.

Tramp bu səfərin ikitərəfli əlaqələrə təsiri ilə bağlı suala cavabında Kral Çarlzı “möhtəşəm insan” adlandırıb və onu uzun illərdir tanıdığını qeyd edib.

O, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə münasibətlərə də toxunaraq, immiqrasiya siyasətində dəyişikliklərin siyasi vəziyyətə təsir edə biləcəyini bildirib.

Məlumata görə, kral ailəsinin ABŞ-yə dörd günlük səfəri çərçivəsində Ağ Evdə Tramp ilə görüşü, həmçinin Kral Çarlzın ABŞ Konqresində çıxışı nəzərdə tutulur. Səfər Vaşinqtonla yanaşı Nyu-York, Virciniya və Bermudaya da şamil olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp: Kral Çarlzın ABŞ səfəri münasibətlərin yaxşılaşmasına kömək edə bilər — Fins.az — Fins.az