Tramp jurnalistin sualına görə konfransı tərk etdi - Video

Tramp jurnalistin sualına görə konfransı tərk etdi - Video

DÜNYA
631

ABŞ Prezidenti Donald Tramp “CBS Nyus”un müxbirinin gözlənilməz sualından sonra mətbuat konfransını tərk edib.

Fins.az xəbər verir ki, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib.

Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra müxbir Paula Rid prezidentin yalan məlumat verdiyini, sözügedən layihənin 2014-cü ildə qəbul edildiyini bildirib.

Tramp digər jurnalistə söz verməyə çalışsa da, P.Rid sualını təkrar edərək prezidentin sözünü kəsib.

Ardınca isə Tramp mətbuat konfransını sonlandıraraq zalı tərk edib.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp jurnalistin sualına görə konfransı tərk etdi - Video — Fins.az — Fins.az