
Tramp Hörmüz boğazının açılacağına əmin olduğunu bildirib
Fins.az - Donald Trump ABŞ-nin Hörmüz boğazının açılmasına nail olacağına əmin olduğunu bildirib.
O, bu barədə Fox News kanalına verdiyi müsahibədə danışıb.
Trampın sözlərinə görə, boğazın açılması, İranın nüvə silahına sahib olmamasını və qlobal sabitliyin bərpasını təmin edə bilər.
ABŞ prezidenti bunun üçün konkret addımlar açıqlamasa da, Vaşinqtonun dəfələrlə İranla münaqişənin diplomatik həllinə yaxınlaşdığını, lakin Tehranın son anda razılaşmadan imtina etdiyini qeyd edib.