Tramp Hörmüz boğazında “Project Freedom” əməliyyatının bərpa oluna biləcəyini deyib

Tramp Hörmüz boğazında “Project Freedom” əməliyyatının bərpa oluna biləcəyini deyib

DÜNYA
540

Fins.az - Donald Trump ABŞ ilə Iran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, Hörmüz boğazında “Project Freedom” əməliyyatının yenidən başladılmasının mümkün olduğunu bildirib.

ABŞ Prezidenti Ağ evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyat bərpa edilərsə, bu dəfə daha genişmiqyaslı olacaq.

“Əgər heç nə baş verməsə, biz “Project Freedom”a qayıda bilərik. Amma bu artıq “Project Freedom plus” olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ sözügedən əməliyyata mayın 4-də start vermişdi. Lakin ertəsi gün Tramp təşəbbüsün müvəqqəti dayandırıldığını açıqlamışdı.

Onun sözlərinə görə, əməliyyatın pauzaya qoyulması barədə qərar Pakistan və bir sıra digər ölkələrin müraciətindən sonra qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Hörmüz boğazında “Project Freedom” əməliyyatının bərpa oluna biləcəyini deyib — Fins.az — Fins.az