Tramp Aİ-dən idxal olunan avtomobillərə 25% rüsum tətbiq edəcəyini açıqlayıb

Tramp Aİ-dən idxal olunan avtomobillərə 25% rüsum tətbiq edəcəyini açıqlayıb

DÜNYA
445

Fins.az - Donald Trump ABŞ-ın Avropa İttifaqı ölkələrindən idxal olunan minik avtomobilləri və yük maşınlarına tətbiq edilən rüsumların 25 faizə qaldırılacağını bildirib.

Onun sözlərinə görə, yeni tariflər gələn həftədən qüvvəyə minəcək. Tramp bu addımı Avropa İttifaqının əvvəl əldə olunmuş ticarət razılaşmasının şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.

Eyni zamanda, ABŞ Prezidenti qeyd edib ki, Avropa şirkətləri istehsalı ABŞ ərazisində həyata keçirdiyi təqdirdə bu rüsumlar tətbiq olunmayacaq.

Bu qərarın qlobal avtomobil bazarında və transatlantik ticarət münasibətlərində yeni gərginlik yarada biləcəyi istisna edilmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp Aİ-dən idxal olunan avtomobillərə 25% rüsum tətbiq edəcəyini açıqlayıb — Fins.az — Fins.az