Tokioda Yaponiya və ABŞ nazirlərinin görüşü keçirilib

Tokioda Yaponiya və ABŞ nazirlərinin görüşü keçirilib

DÜNYA
494

Martın 16-da ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilk xarici səfərləri çərçivəsində Tokioda yaponiyalı həmkarları ilə görüşüblər.

Fins.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ nazirlərinin Tokio səfəri Co Bayden administrasiyasının Asiyadakı müttəfiqlərinə verdiyi önəmi təsdiq edir.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqinin və müdafiə naziri Kişi Nobuonun qatıldığı görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq, azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində müzakirələr aparılıb.

Görüşdən sonra dərc olunan sənəddə hər iki tərəf beynəlxalq qaydalara uyğun olaraq azad və açıq Hind-Sakit okean regionuna sadiq qaldıqlarını ifadə ediblər.

Bildirilir ki, hər iki ölkə regional sabitliyi pozan bütün hərəkətlərə qarşı birlikdə çıxış edəcəklər.

Həmin gün ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

©azertac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tokioda Yaponiya və ABŞ nazirlərinin görüşü keçirilib — Fins.az — Fins.az