Tikinti sektoru qlobal enerji istehlakının 28 %-ni təşkil edir - WUF13

Tikinti sektoru qlobal enerji istehlakının 28 %-ni təşkil edir - WUF13

DÜNYA
305

İqlim hədəflərinə çatmaq üçün mənzil sektorunda fundamental transformasiyanın həyata keçirilməsi zəruri hesab olunur.

Fins.az xəbər verir ki, bunu Corciya Rambelli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13 (World Urban Forum 13) çərçivəsində təşkil olunan “Şəhər, sənaye və iqlimin kəsişməsində mənzil və binaların karbonsuzlaşdırılması” mövzusunda sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaşayış sektoru və ümumilikdə insan tərəfindən formalaşdırılmış mühit qlobal iqlim gündəliyinin mərkəzində dayanır və bu sahədə əsaslı dəyişikliklər olmadan iqlim məqsədlərinə çatmaq mümkün deyil.

Rambelli qeyd edib ki, tikinti və bina sektoru qlobal karbon emissiyalarının təxminən 37 faizinə cavabdehdir və dünya üzrə enerji istehlakının 28 faizini təşkil edir. O əlavə edib ki, bu sektor həmçinin qlobal material hasilatının təxminən 50 faizini formalaşdıraraq ən yüksək material izinə malik sahələrdən biri kimi çıxış edir.

Ekspert vurğulayıb ki, şəhərlər artıq bu çağırışların miqyasını dərk edir və inkişaf strategiyalarında dekarbonizasiya və dayanıqlılıq prinsiplərinə daha çox yer ayırmağa başlayıblar.

Onun sözlərinə görə, şəhərlərin gələcək inkişaf modeli yalnız infrastrukturla məhdudlaşmayacaq, eyni zamanda resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və sosial dayanıqlılıq kimi faktorlarla müəyyən ediləcək.

Qeyd edək ki, Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində şəhərsalma, iqlim dəyişiklikləri, mənzil siyasəti, yaşıl urbanizasiya və dayanıqlı inkişaf mövzularında müzakirələr davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikinti sektoru qlobal enerji istehlakının 28 %-ni təşkil edir - WUF13 — Fins.az — Fins.az