
TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda keçiriləcək
Fins.az - Mayın 15-də Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.
Görüşə ev sahibliyi edən Qazaxıstan tədbiri “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr edəcək.
Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, eləcə də təşkilatın baş katibi iştirak edəcək.
Müzakirələr əsasən rəqəmsal transformasiya, texnoloji əməkdaşlıq və süni intellekt sahəsində birgə inkişaf prioritetlərini əhatə edəcək. Həmçinin TDT-nin Ağsaqqallar Şurası və digər türk əməkdaşlıq qurumlarının nümayəndələri də tədbirdə iştirak edəcəklər.