Tayger Vuds həbs olunması ilə bağlı açıqlama verib

Tayger Vuds həbs olunması ilə bağlı açıqlama verib

DÜNYA
212

Fins.az - Amerikalı qolfçu Tiger Woods sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olunması ilə bağlı açıqlama verib.

İdmançı sosial şəbəkədə paylaşım edərək bildirib ki, müalicə almaq üçün idmandan müvəqqəti uzaqlaşır. O, daha sağlam, güclü və diqqətli olmaq istədiyini vurğulayıb.

Hadisənin martın 28-də baş verdiyi qeyd olunur. Qolfçu yol-nəqliyyat qəzasına düşüb. Qəzadan sonra alkoqol testindən keçsə də, narkotik testdən imtina etdiyi üçün saxlanılıb.

Qeyd edək ki, Tayger Vuds dünyanın ən varlı idmançılarından biri hesab olunur. 2025-ci ildə onun xalis sərvəti 2,79 milyard dollar olub və gəlirlərinin böyük hissəsini reklam müqavilələri təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tayger Vuds həbs olunması ilə bağlı açıqlama verib — Fins.az — Fins.az