Taliban-dan qadınlara çağırış

Taliban-dan qadınlara çağırış

DÜNYA
621

“Taliban” hərəkatının nümayəndələri qadınları gələcək hökumətdə iştirak etməyə çağırıb.

“Fins.az” xəbər verir ki, bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

“Biz qadınların qurban olmasını istəmirik”, - deyə hərəkatın nümayəndəsi kanala açıqlamasında qeyd edib. 

Qeyd edək ki, “Taliban” hərəkatının yaraqlıları avqustun 15-i Əfqanıstanın paytaxtı Kabilə daxil olub və hökumət qüvvələrinin tərk etdiyi dövlət müəssisələrini tutmağa başlayıb. Bunun ardınca, üzərində qadın təsviri olan mağazaların, gözəllik salonlarının vitrinləri bağlanılıb. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Taliban-dan qadınlara çağırış — Fins.az — Fins.az