
Tailandda spirtli içkilərin satışı 24 saatlıq qadağan edilib
Fins.az - Tailand hakimiyyəti yerli seçkilərlə əlaqədar Banqkok və Pattaya şəhərlərində spirtli içkilərin satışına 24 saatlıq qadağa tətbiq edib.
Ölkənin Seçki Komissiyasının məlumatına görə, məhdudiyyət iyunun 27-si axşam saatlarından iyunun 28-i axşamınadək qüvvədə olacaq.
Qadağa paytaxt Banqkokda və məşhur turizm şəhəri Pattayada fəaliyyət göstərən mağazalara, restoranlara, barlara və gecə klublarına şamil edilir.
Qeyd edək ki, iyunun 28-də Banqkok qubernatoru, Pattaya meri və yerli şuralara deputat seçkiləri keçiriləcək. Seçkilərin şəffaf və ictimai asayiş şəraitində keçirilməsi məqsədilə bu cür məhdudiyyətlər tətbiq olunur.