
Stenli Kubokunu ardıcıl 11-ci dəfə rusiyalı hokkeyçi olan komanda qazanacaq
Fins.az - Montreal Canadiens NHL-in Stenli Kuboku uğrunda pley-off mərhələsində Buffalo Sabres üzərində 3:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Seriyanın yeddinci və həlledici oyunu Buffalonun meydanında keçirilib. Qalib əlavə vaxtda müəyyənləşib.
Beləliklə, seriyada hesab 4-3 Montrealın xeyrinə yekunlaşıb.
Maraqlıdır ki, pley-off iştirakçıları arasında heyətində rusiyalı hokkeyçi olmayan yeganə komanda Buffalo idi. Onların turnirdən kənar qalması o deməkdir ki, National Hockey Leaguedə Stenli Kubokunu ardıcıl 11-ci mövsüm rusiyalı oyunçusu olan komanda qazanacaq.