
Stefano Qabbana Dolce & Gabbana-da vəzifəsindən ayrılıb
Fins.az - İtaliyalı modelyer Stefano Qabbana Dolce & Gabbana moda evində direktorlar şurasının sədri vəzifəsindən ayrılıb.
Şirkətin məlumatına görə, 63 yaşlı dizayner bu vəzifəni 2025-ci ilin sonunda tərk edib. 2026-cı ilin yanvarından etibarən direktorlar şurasına Domeniko Dolçenin qardaşı və hazırkı baş icraçı direktor Alfonso rəhbərlik edir.
Şirkət bildirib ki, bu dəyişiklik təşkilati strukturun və idarəetmə sisteminin “təbii inkişafı” ilə bağlıdır. Eyni zamanda vurğulanıb ki, Stefano Qabbananın vəzifədən getməsi onun yaradıcılıq fəaliyyətinə təsir göstərməyəcək.