
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklifi irəli sürülüb
Fins.az - Slovakiyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması təklif edilib.
Qanunvericiliyə dəyişiklik təşəbbüsü hakim koalisiyada təmsil olunan Hlas-SD tərəfindən hazırlanıb.
Partiyanın lideri, eyni zamanda ölkənin daxili işlər naziri Matuş Şutay-Eştok bu barədə mətbuat konfransında məlumat verib.