Siemens Energy İtaliyadan 1 milyard avroluq sifariş alıb

Siemens Energy İtaliyadan 1 milyard avroluq sifariş alıb

DÜNYA
1,081

Siemens Energy İtaliyadan elektrik şəbəkəsi üçün 1 milyard avroluq sifariş aldığını açıqlayıb.

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Layihə bərpa olunan enerjidən daha səmərəli istifadə etmək, elektrik şəbəkələrinin dayanıqlığını artırmaq və karbon emissiyalarını azaltmaq üçün adada kömürlə işləyən elektrik stansiyalarının bağlanmasını nəzərdə tutur.

Alman şirkəti Siemens konvertor mərkəzlərinin əsas hissələrini istehsal edəcək. İtalyan FATA-da tikinti işləri, elektromexaniki quraşdırma, əlavə qurğuların tikintisi və istismara vermədən öncə dəstək üçün cavabdeh olacaq. Konvertor mərkəzlərinin 2028-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siemens Energy İtaliyadan 1 milyard avroluq sifariş alıb — Fins.az — Fins.az