Sidney–London birbaşa reysləri gələn il başlaya bilər

Sidney–London birbaşa reysləri gələn il başlaya bilər

DÜNYA
138

Fins.az - “Airbus” şirkəti Avstraliyanın “Qantas” aviaşirkəti üçün hazırlanmış “A350-1000ULR” təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirib.

Sınaq uçuşu Fransanın Tuluza şəhərində baş tutub və 3 saat 43 dəqiqə davam edib. Təyyarə 12 min metrdən artıq hündürlüyə qalxıb.

Yeni modifikasiya edilmiş təyyarə əlavə yanacaq çəni ilə təchiz olunub. Bu yenilik standart versiya ilə müqayisədə uçuş məsafəsini təxminən 1900 kilometr artırır.

Təyyarənin maksimal uçuş məsafəsi 18,5 min kilometrə, havada qalma müddəti isə 22 saata qədər çatır.

Layihə “Qantas”ın “Project Sunrise” proqramı çərçivəsində həyata keçirilir və Sidney ilə London arasında dayanacaqsız kommersiya reyslərinin açılmasını nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sidney–London birbaşa reysləri gələn il başlaya bilər — Fins.az — Fins.az