Siciliyada etiraz aksiyası: Messina boğazının bağlanması planlaşdırılır

Siciliyada etiraz aksiyası: Messina boğazının bağlanması planlaşdırılır

DÜNYA
225

Fins.az - İtaliyanın Siciliya adasında gəmi sahibləri və balıqçılar yüksək yanacaq qiymətlərinə etiraz olaraq Messina boğazını bağlamağı planlaşdırırlar.

Məlumata görə, “Peşəkar Dəniz Balıqçıları Assosiasiyası” ilə Siciliya Gəmi Sahibləri Federasiyası arasında əldə olunmuş razılığa əsasən, mayın 1-də blokada keçirilə bilər. Bu məqsədlə Sirakuza bölgəsində qapalı görüş təşkil olunacaq.

Siciliya Gəmi Sahibləri Federasiyasının prezidenti Fabio Mikalizzi bildirib ki, bu addım dənizçilərin və balıqçıların problemlərini İtaliya hökumətinə çatdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, yanacaq xərclərinin artması və aksiz rüsumları ilə bağlı effektiv tədbirlər görülmür.

Qeyd edək ki, mümkün blokada regionda dəniz nəqliyyatına və ticarət marşrutlarına təsir göstərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Siciliyada etiraz aksiyası: Messina boğazının bağlanması planlaşdırılır — Fins.az — Fins.az