Seul Şimali Koreyanı kömür ixracı və sanksiyaların pozulmasında ittiham edib

Seul Şimali Koreyanı kömür ixracı və sanksiyaların pozulmasında ittiham edib

DÜNYA
210

Fins.az - Şimali Koreya BMT sanksiyalarına baxmayaraq ötən il təxminən 1,5 milyon ton kömür ixrac etməkdə ittiham olunub.

Bu barədə Cənubi Koreya parlamentinin deputatı Yu Yong-weon ölkənin kəşfiyyat orqanlarına istinadən məlumat verib.

Onun sözlərinə görə, Şimali Koreya Çin, Rusiya və digər ölkələrdən istifadə etməklə həm öz bayrağı, həm də xarici bayraqlı gəmilər vasitəsilə kömür və dəmir filizi kimi mineralların ixracını davam etdirib.

Eyni zamanda, deputat bildirib ki, Pxenyan emal olunmuş neft məhsullarının qaçaqmalçılığı ilə də məşğul olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Seul Şimali Koreyanı kömür ixracı və sanksiyaların pozulmasında ittiham edib — Fins.az — Fins.az