Səudiyyə Ərəbistanında Şərq-Qərb neft kəməri tam gücünü bərpa edib

Səudiyyə Ərəbistanında Şərq-Qərb neft kəməri tam gücünü bərpa edib

DÜNYA
451

Fins.az - Səudiyyə Ərəbistanının Enerji Nazirliyi Şərq-Qərb neft kəmərinin tam gücü ilə fəaliyyətə qayıtdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Yaxın Şərqdə baş verən hücumlar nəticəsində nasos stansiyalarından biri zədələnmiş və gündəlik təxminən 700 min barel neft itkisi qeydə alınmışdı.

Aparılan bərpa işlərindən sonra boru kəməri yenidən gündə təxminən 7 milyon barel nəql gücünə çatıb. Eyni zamanda bəzi yataqlarda istehsalın bərpası istiqamətində işlər davam edir.

Məlumatda qeyd olunur ki, Munifə yatağında gündəlik 300 min barel itki kompensasiya edilib, Hureyş yatağında isə istehsalın tam gücə qaytarılması üzrə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səudiyyə Ərəbistanında Şərq-Qərb neft kəməri tam gücünü bərpa edib — Fins.az — Fins.az