Səudiyyə Ərəbistanın dövlət borcu rekord səviyyəyə çata bilər

Səudiyyə Ərəbistanın dövlət borcu rekord səviyyəyə çata bilər

DÜNYA
688

Bu il Səudiyyə Ərəbistanının xarici borcu demək olar ki, iki dəfə arta bilər. Krallığın naziri Məhəmməd Əl-Cadaanın sözlərinə görə, bir gün əvvəl keçirilən mətbuat konfransında Ər-Riyad istiqraz bazarında əlavə 26,6 dollar qazanmağı düşündüyünü bildirib.

Beləliklə, ümumi borc 58,5 milyard dollara qədər artacaq. Bu məbləğ Krallıq üçün rekord olacaq.

Fins.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Ər-Riyad neft qiymətlərinin düşməsi və hasilatın azaldılması nəticəsində yaranan büdcə kəsirinin sürətlə artması səbəbindən bunu etməyə məcburdur. BVF-nun bildirdiyi kimi, ötən il ölkənin xərcləri ÜDM-dan 4,5% çox olub. “EFG Hermes”in qiymətləndirmələrinə görə, büdcə kəsiri 15%-a çata bilər.

Ayın əvvəlində Səudiyyə Ərəbistanı artıq 7 milyard dollar dəyərində avrobondlar yerləşdirmişdi. Oxşar addım Qətər və BƏƏ də atmışdır.

©Banker

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səudiyyə Ərəbistanın dövlət borcu rekord səviyyəyə çata bilər — Fins.az — Fins.az