Serbiya Prezidenti istefa verə biləcəyini bildirib

Serbiya Prezidenti istefa verə biləcəyini bildirib

DÜNYA
192

Fins.az - Aleksandar Vučić səlahiyyət müddətinin sonuna yaxın istefa verə biləcəyini açıqlayıb.

O, bu barədə Çinə səfəri zamanı danışıb.

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib, 2022-ci ildə isə yenidən prezident olub. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

Bundan əvvəl Vuçiç ölkədə parlament seçkilərinin payızda — sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcəyini bildirmişdi.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabić isə hakim Serbiya Tərəqqipərvər Partiyasının qarşıdakı parlament seçkilərində Vuçiçi baş nazir vəzifəsinə namizəd göstərməyi planlaşdırdığını deyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Serbiya Prezidenti istefa verə biləcəyini bildirib — Fins.az — Fins.az