
SEPAH Hörmüz boğazında gəmiçilik üçün yeni qaydalar tətbiq edəcək
Fins.az - İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı və Ərəb dənizi sahillərində gəmiçilik üçün yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.
Qurumun rəhbərliyi bildirib ki, məqsəd bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir. Bu çərçivədə SEPAH-ın hərbi-dəniz qüvvələri İranın Fars körfəzi və Hörmüz boğazı boyunca təxminən 2000 kilometr sahil xəttinə nəzarəti gücləndirəcək.
Rəsmi açıqlamada qeyd olunub ki, bu addımlar həm ölkə üçün güc və nüfuz mənbəyi olacaq, həm də regionda təhlükəsizlik və sabitliyə töhfə verəcək.