Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı azalıb

Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı azalıb

DÜNYA
426

Fins.az - 2026-cı ilin birinci rübündə Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı azalma göstərib.

BP Azerbaijan şirkətinin məlumatına görə, yanvar–mart aylarında terminaldan ümumilikdə 47 milyon barel neft və kondensat ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azdır.

Hesabat dövründə Azəri-Çıraq-Günəşli yatağından neft, həmçinin Şahdəniz yatağından kondensat və təbii qazın hasilatı və nəqli adi rejimdə davam edib.

İxrac olunan xammal əsasən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daşınıb.

Eyni zamanda, “Şahdəniz” yatağından qaz ixracı artaraq sutkada orta hesabla 74,4 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı azalıb — Fins.az — Fins.az