Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz təşkil edib

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz təşkil edib

DÜNYA
274

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 9,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz çoxdur. Məhsul istehsalı neft-qaz sektorunda 0,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Sənaye məhsulunun 56,2 faizi mədənçıxarma, 35,5 faizi emal, 7,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı və tullantıların emalı sahələrində istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz təşkil edib. Ümumi istehsalın 85,9 faizi sənaye məhsulları, 14,1 faizi isə sənaye xarakterli xidmətlər hesabına yaradılıb. 1 mart 2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 981,4 milyon manatlıq hazır məhsul olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz təşkil edib — Fins.az — Fins.az