Samsung qatlanan Galaxy Z Flip-in istehsalını dayandırır

Samsung qatlanan Galaxy Z Flip-in istehsalını dayandırır

DÜNYA
1,419

Xəstəlik hadisəsi Cənubi Koreya şirkətinin Şimali Kensan əyalətinin Gumi-si şəhərində olan zavodunda qeydə alınıb.

Samsung şirkəti bazar günü, Şimali Kensan əyalətində yerləşən Gumi-si şəhərindəki zavodun işini dayandırıb.

Fins.az xəbər verir ki, bu haqda The Korea Herald nəşri yazıb.

Buna səbəb isə zavodun istehsal xəttində 20 yaşlı əməkdaşda qeydə alınan xəstəlik hadisəsi olub. Bu zavod Koreyanın Seul şəhərindən 202 km uzaqlıqda yerləşir və iki istehsal xəttindən ibarətdir. Burada şəbəkə avadanlıqları və premium klass üçün smartfonlar, məsələn, Galaxy S20 və qatlanan Galaxy Z Flip istehsal edilir.

Əməkdaşın diaqnozu təsdiqlənəndən sonra isə, korporasiya bütün əməkdaşlarına göndərdiyi xəbərdarlıqda deyirdi ki, 24 fevrala, yəni bazar ertəsinə qədər bu zavodda işlər dayandırılacaq. Bu vaxta qədər isə onlar dezinfeksiya və digər profilaktik tədbirlər həyata keçirdilər.

Xatırlatmaq yerinə düşər ki, Cənubi Koreya istehsalçısı Samsung Electronics fevralın ortasında özünün yeni flaqman smartfonalarını - Samsung Galaxy Z Flip, Galaxy S20, S20+ и S20 Ultra təqdim etmişdi.

Təqdimat San-Fransisko şəhərində baş tutmuşdu və birbaşa yayım isə şirkətin rəsmi saytı üzərindən yayımlanmışdı. Maraqlısı budur ki, canlı yayım istehsalçının yeniliklərindən biri olan Galaxy S20 üzərindən aparılmışdı.

©Facemark.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samsung qatlanan Galaxy Z Flip-in istehsalını dayandırır — Fins.az — Fins.az