Rza Kayaalp Karelinin rekordunu yeniləyərək Avropa güləş tarixində zirvəyə yüksəlib

Rza Kayaalp Karelinin rekordunu yeniləyərək Avropa güləş tarixində zirvəyə yüksəlib

DÜNYA
220

Fins.az - Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında növbəti tarixi uğura imza atıb.

130 kiloqram çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalında macarıstanlı rəqibini məğlub edərək 13-cü dəfə qitə çempionu olub. Bununla da o, rusiyalı Aleksandr Karelinin 12 Avropa çempionluğu rekordunu geridə qoyub və turnir tarixində ən titullu güləşçi adını qazanıb.

Qeyd edək ki, Kayaalp yarımfinal görüşündə də inamlı çıxış edib və rəqibinin qayda pozuntusu səbəbindən texniki qələbə qazanaraq finala yüksəlmişdi.

36 yaşlı idmançı Avropa çempionatları tarixində ümumilikdə 15-ci dəfə finala çıxıb və indiyədək 13 qızıl və 2 gümüş medal əldə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rza Kayaalp Karelinin rekordunu yeniləyərək Avropa güləş tarixində zirvəyə yüksəlib — Fins.az — Fins.az