“Ryanair” Berlin aeroportunda fəaliyyətini azaldır

“Ryanair” Berlin aeroportunda fəaliyyətini azaldır

DÜNYA
440

Fins.az - İrlandiyanın “Ryanair” aviaşirkəti Berlin-Brandenburq hava limanında fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq qərarı verib.

Məlumata görə, şirkət bazasını bağlayacaq və qış uçuş cədvəli çərçivəsində reyslərin təxminən yarısını ixtisar edəcək. Qərar oktyabrın 24-dən qüvvəyə minəcək.

Aviaşirkət bu addımı hava limanında yüksək rüsumlar və sərnişin sayının azalması ilə izah edir. Proqnozlara əsasən, bu qərar nəticəsində 2027-ci ildə Berlin-Brandenburq hava limanında sərnişin dövriyyəsi 4,5 milyondan 2,2 milyona düşə bilər.

Hazırda “Ryanair” bu hava limanından Avropanın 12 ölkəsində 30-dan çox istiqamətə uçuşlar həyata keçirir. Şirkət, həmçinin Berlində yerləşdirilmiş yeddi təyyarəni daha aşağı xərcli Avropa hava limanlarına köçürməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...