Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər

Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər

DÜNYA
379

Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2022-ci ilin əvvəlindən 53,939 milyard dollar azalıb.

Bu barədə məlumat “Bloomberg Billionaires Index”in məlumatında bildirlib.

Ən çox itirən polad və dağ-mədən şirkəti “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov olub - 7,53 milyard dollar. Hazırda onun kapitalı 21,3 milyard dollardır.

İtkilərə görə ikinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviçdir. O, 2022-ci ilin əvvəlindən 7,34 milyard dollar itirib. Bu gün üçün Abramoviç 10,7 milyard dollara sahibdir.

Mədən-metallurgiya şirkəti “Norilsk Nikel” və “Interros” holdinqinin prezidenti Vladimir Potanin isə əksinə, sərvətini 2,2 milyard dollar artıraraq 33 milyard dollara çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər — Fins.az — Fins.az