
Rusiyalılara verilən Şengen vizalarının sayı 2025-ci ildə 10%-dən çox artıb
Fins.az - 2025-ci ildə Rusiya vətəndaşlarına verilən Şengen vizasıların sayı 10,2% artaraq 620 mindən çox olub.
Məlumat Avropa Komissiyasının statistikalarına istinadən yayılıb.
Ən çox viza verən ölkələr arasında Fransa, İtaliya və İspaniya yer alıb. Xüsusilə Fransaya verilən vizalarda əhəmiyyətli artım qeydə alınıb.
Rusiya Turoperatorlar Assosiasiyası bildirir ki, Fransaya verilən Şengen vizalarının sayı 21% artaraq 150 mini keçib. Bununla belə, artımın səbəblərindən biri kimi çoxgirişli vizaların verilməsinin məhdudlaşdırılması göstərilir.