
Rusiyalı akademik: Ebolanın pandemiya potensialı aşağıdır
Fins.az - Rusiyalı epidemioloq Gennadi Onişenko Ebola virusunun pandemiya potensialının aşağı olduğunu bildirib.
Onun sözlərinə görə, virus hava-damcı yolu ilə deyil, yalnız çox yaxın təmas nəticəsində ötürülür. Onişenko qeyd edib ki, Ebola Rusiyaya gətirilsə belə, bu, ölkə üçün ciddi epidemioloji təhlükə yaratmayacaq. Bununla yanaşı, hazırda Ebola virusunun dünyada yayılmaqda olduğu bildirilir.