Rusiyada yük vaqonlarının istehsalı kəskin azalıb

Rusiyada yük vaqonlarının istehsalı kəskin azalıb

DÜNYA
317

Fins.az - Rusiyada 2026-cı ilin ilk rübündə dəmir yolu texnikasının istehsalında azalma qeydə alınıb.

Rəsmi statistikaya əsasən, yük vaqonlarının istehsalı illik müqayisədə 1,8 dəfə azalaraq 9,3 min ədəd təşkil edib.

Eyni dövrdə sərnişin vaqonlarının istehsalı 4,6% azalaraq 269 ədədə düşüb. Magistral elektrovozların istehsalında da azalma müşahidə olunub – göstərici 4,9% geriləyərək 58 ədəd olub.

Mart ayı üzrə göstəricilər də ümumi azalma tendensiyasını təsdiqləyir. Bu ay ərzində 3,6 min yük vaqonu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azdır. Sərnişin vaqonlarının istehsalı 98 ədəd (-20,3%), elektrovoz istehsalı isə 24 ədəd səviyyəsində (ötən ilin martı ilə eyni) olub.

Bu dinamika ölkənin sənaye və nəqliyyat sektorunda istehsal tempinin zəiflədiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada yük vaqonlarının istehsalı kəskin azalıb — Fins.az — Fins.az