
Rusiyada pomidor kvotasının qaldırılması müzakirə olunur
Rusiyada pomidor kvotasının qaldırılması müzakirə olunur
Rusiya İqtisadiyyat Nazirliyi, Türkiyədən pomidor idxalına qoyulan kvotaların ləğv edilməsini təklif edib.Rusiya, Türkiyədən idxal edilən pomidorlara tətbiq edilən kvotaların qaldırılmasını müzakirə edir.
Rusiya İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, bazar tarazlığını nəzərə alaraq, Türkiyədən pomidor idxalı üçün kvotaların ləğv edilməsini və bu ölçüdə rus istehsalçılarına mümkün nəticələrin qiymətləndirilməsini istəyib.
Bu barədə iqtisadi inkişaf və inteqrasiya komissiyasının xarici ticarətdə qoruyucu tədbirlər üzrə işçi qrupunun 23 iyun iclas protokollarında bildirilib.
Rusiya mediasında yayılan xəbərlərdən sonra pomidor istehsal edən rusiyalı fermerlər məhsulun qiymətinə mənfi təsir göstərəcəyi səbəbi ilə qərara sərt reaksiya veriblər.
Rusiya Kənd Təsərrüfatı Nazirliyindən araşdırmalar hazırlayacaq və Türkiyədən idxal edilən pomidor qiymətlərinin nəticələrinə dair hesabatların davam etdiriləcəyi ilə bağlı qərar verəcək.
Müəllif:Aynur Qəniyeva