
Rusiyada konteyner daşımaları bazarı aprel ayında 10,5 faiz artıb
Fins.az - Rusiyada konteyner daşımaları bazarının həcmi 2026-cı ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 610 min şərti iyirmi futluq konteynerə çatıb.
Məlumata görə, ilin ilk dörd ayının yekununda bazarın ümumi həcmi 2 milyon 260 min şərti iyirmi futluq konteyneri ötüb.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Mütəxəssislər konteyner daşımalarında müşahidə olunan artımı yük daşımalarına tələbatın yüksəlməsi və logistika sektorundakı aktivliklə əlaqələndirirlər.