Rusiyada 2027-ci ildə Yeni il tətili 11 gün davam edəcək

Rusiyada 2027-ci ildə Yeni il tətili 11 gün davam edəcək

DÜNYA
336

Fins.az - Rusiyada 2027-ci il üçün qeyri-iş günlərinin bölgüsünə dair yeni layihə hazırlanıb. Sənədə əsasən, Yeni il tətili 11 gün davam edəcək.

Əmək və Sosial Müdafiə Nazirliyinin açıqlamasına görə, bayram günlərinin daha səmərəli təşkili məqsədilə istirahət günlərinin köçürülməsi həyata keçirilir. Bu yanaşma iş və istirahət vaxtının balanslaşdırılmasına xidmət edir.

Layihəyə əsasən, 2027-ci ildə bir neçə dəfə üçgünlük istirahət olacaq – fevral, mart, may (iki dəfə) və iyun aylarında. Bundan əlavə, noyabrın 4-dən 7-dək dördgünlük istirahət də nəzərdə tutulur.

Qeyd edək ki, sənəd hazırda ictimai müzakirəyə təqdim olunub və yekun qərar bundan sonra veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada 2027-ci ildə Yeni il tətili 11 gün davam edəcək — Fins.az — Fins.az