Rusiyada 20-yə yaxın hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb

Rusiyada 20-yə yaxın hava limanının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb

DÜNYA
472

Fins.az - Rusiyada ötən gecə 19 hava limanında uçuşların qəbul və yola salınmasına məhdudiyyətlər tətbiq olunub. Hazırda isə 8 hava limanında fəaliyyət qismən dayandırılıb.

Məhdudiyyətlər Kaluqa, Penza, Yaroslavl, Volqoqrad, İvanovo, Pskov, Saratov, Buqulma, Kazan, Nijnekamsk, Orenburq, Samara, Ufa və Orsk hava limanlarında tətbiq edilib. Moskvanın Vnukovo və Domodedovo, Sankt-Peterburqun Pulkovo, eləcə də Nijni Novqorodun Çkalov hava limanları isə reysləri müvafiq qurumlarla razılaşdırılmış şəkildə qəbul edib.

Bundan əlavə, Kalininqrad hava limanında uçuş cədvəllərində dəyişikliklər qeydə alınıb.

Hazırda məhdudiyyətlər Yaroslavl, Nijni Novqorod, Buqulma, Kazan, Nijnekamsk və Ufa hava limanlarında qüvvədə qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...