Rusiya üçün Türkiyə bazarı bağlanır... – Rus ekspert

Rusiya üçün Türkiyə bazarı bağlanır... – Rus ekspert

DÜNYA
920

Türkiyə “Türk axını” və “Mavi axın” kəmərlərinin birindən imtina edə bilər.

Fins.az  xəbər verir ki, bunu rusiyalı iqtisadçı ekspert İqor Yuşkov deyib.

“Türk axını” və “Mavi axın” kəmərlərindən Türkiyəyə qaz idxal edilir. Türkiyə kəşf elədiyi qaz yataqlarına görə bu kəmərlərin birindən imtina edə bilər. “Mavi axın” “Qazprom”a məxsus deyil. Türklər üçün “Mavi axın”dan qaz idxalını dayandırmaq daha əlverişli olacaq”, - ekspert bildirib.

İ.Yuşkov qeyd edib ki, 2020-ci il “Qazprom” üçün türk bazarında ən pis il ola bilər:

“Rusiya 2017-2019-cu illərlə müqayisədə cari ildə Türkiyəyə daha az qaz ixrac etdi. Belə getsə, Türkiyə Rusiyadan ən az qaz idxal edən ölkələr sırasına düşəcək”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya üçün Türkiyə bazarı bağlanır... – Rus ekspert — Fins.az — Fins.az