Rusiya qılıncoynadanları beynəlxalq yarışlarda bayraq və himnlə iştirak edəcəklər

Rusiya qılıncoynadanları beynəlxalq yarışlarda bayraq və himnlə iştirak edəcəklər

DÜNYA
367

Fins.az - Beynəlxalq Qılıncoynatma Federasiyası Rusiya nümayəndələrinin yarışlarda milli atributlarla iştirakına icazə verib.

Qərara əsasən, Rusiya və Belarus pasportuna malik idmançılar və rəsmi şəxslər federasiyanın bütün fərdi və komanda yarışlarında öz ölkələrinin qısaldılmış adları altında çıxış edə biləcəklər.

Onlar yarışlarda milli forma geyinə, dövlət bayrağından istifadə edə və qalibiyyət mərasimlərində ölkələrinin himni səsləndirilə bilər.

Məhdudiyyətlərin aradan qaldırılması həm böyüklər arasında keçirilən yarışlara, həm də rəsmi nümayəndələrə şamil olunur.

Qərarın beynəlxalq qılıncoynatma yarışlarında iştirak qaydalarına təsir göstərəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya qılıncoynadanları beynəlxalq yarışlarda bayraq və himnlə iştirak edəcəklər — Fins.az — Fins.az