Rusiya Gürcüstanla quru sərhədini açıb

Rusiya Gürcüstanla quru sərhədini açıb

DÜNYA
321

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb.

Sərəncam Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yeni sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər artıq Gürcüstana səfər edən Rusiya Federasiyası vətəndaşlarına şamil edilmir.

Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Artıq sözügedən məhdudiyyətlər ləğv edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Gürcüstanla quru sərhədini açıb — Fins.az — Fins.az