Rusiya FIFA reytinqində 35-ci pilləyə yüksəlib

Rusiya FIFA reytinqində 35-ci pilləyə yüksəlib

DÜNYA
189

Fins.az - Futbol üzrə Rusiya milli komandası FIFA-nın yenilənmiş reytinqində bir pillə irəliləyərək 35-ci yerə yüksəlib.

Məlumata görə, yenilənmiş reytinq cədvəli FIFA tərəfindən dərc olunub.

Reytinq yenilənməzdən əvvəl Rusiya yığması üç oyun keçirib.

Komanda mayın 28-də Misirə 0:1 hesabı ilə məğlub olub, iyunun 5-də Burkina-Fasonu 3:0, iyunun 9-da isə Trinidad və Tobaqonu 3:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Rusiya millisi FIFA reytinqində mövqeyini yaxşılaşdıraraq 35-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya FIFA reytinqində 35-ci pilləyə yüksəlib — Fins.az — Fins.az