Rusiya Çinlə vizasız rejimin uzadılmasını planlaşdırır

Rusiya Çinlə vizasız rejimin uzadılmasını planlaşdırır

DÜNYA
252

Fins.az - Rusiya Çinlə mövcud olan vizasız rejimin uzadılması ilə bağlı təkliflər hazırlayır. Hazırkı rejim 14 sentyabr 2026-cı ilədək qüvvədədir və hər iki ölkə onun davam etdirilməsində maraqlıdır.

Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib ki, bu məsələdə müxtəlif variantlar nəzərdən keçirilir. Yeni razılaşmanın qarşılıqlı saziş əsasında və ya birtərəfli qərarlarla davam etdirilməsi müzakirə olunur. Bu istiqamətdə yekun mövqe ikinci rübdə müəyyənləşdiriləcək.

Hazırda vizasız rejim hər iki ölkənin müstəqil qərarları əsasında tətbiq edilir: Çin bu addımı sentyabrda atıb, Rusiya isə dekabrda eyni qərarla cavab verib.

Qeyd olunur ki, yeni razılaşma iki ölkə arasında avtomobil turizminin inkişafına da imkan yarada bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya Çinlə vizasız rejimin uzadılmasını planlaşdırır — Fins.az — Fins.az