
Rusiya və Çin Sarı dənizdə birgə hərbi dəniz təlimlərinə başlayır
Fins.az - Rusiya və Çin iyulun 6–13-də Sarı dənizdə “Rusiya-Çin Dəniz Qarşılıqlı Əlaqəsi 2026” adlı birgə hərbi dəniz təlimləri keçirəcək.
Təlimlər zamanı hər iki ölkənin Hərbi Dəniz Qüvvələri dəniz aviasiyasının dəstəyi ilə birgə xilasetmə əməliyyatları, sualtı qayıqlara qarşı mübarizə, hava hücumundan müdafiə və birgə artilleriya atəşi üzrə tapşırıqları icra edəcək.