Rui Jorge Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin olunub

Rui Jorge Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin olunub

DÜNYA
430

Fins.az - Portuqaliyalı mütəxəssis Rui Jorge Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının (U-20) baş məşqçisi təyin olunub.

Bu barədə məlumatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytı yayıb. Bildirilib ki, qərar AFFA İcraiyyə Komitəsinin 19 fevral tarixində keçirilən iclasında qəbul edilib və bundan sonra bütün hüquqi prosedurlar tamamlanıb.

Qeyd olunur ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatında ölkəni təmsil edəcək. Yaxın günlərdə AFFA rəhbərliyinin iştirakı ilə yeni baş məşqçinin təqdimatına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Rui Jorge məşqçi karyerasına “Belenenses” klubunda başlayıb. O, 2006–2010-cu illərdə klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə isə qısa müddət əsas komanda ilə çalışıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rui Jorge Azərbaycanın U-20 millisinin baş məşqçisi təyin olunub — Fins.az — Fins.az