“Roskosmos” və NASA ISS-in orbitdən çıxarılması strategiyasını razılaşdırıb

“Roskosmos” və NASA ISS-in orbitdən çıxarılması strategiyasını razılaşdırıb

DÜNYA
188

Fins.az - “Roskosmos” və NASA 2025-ci ildə Beynəlxalq Kosmik Stansiyanın (ISS) idarə olunan və təhlükəsiz şəkildə orbitdən çıxarılması üzrə strategiyanın əsas istiqamətlərini müəyyənləşdiriblər.

Bu barədə “RKK Energiya” raket-kosmik korporasiyasının illik hesabatında məlumat verilib.

Hesabatda qeyd olunur ki, ISS-in orbitdən planlı və fövqəladə ssenarilər üzrə çıxarılmasının proqram-texniki, hüquqi və beynəlxalq-hüquqi aspektləri “ISS-in orbitdən çıxarılması strategiyası” adlı birgə sənəddə öz əksini tapacaq.

Bundan əlavə, bu məsələlər NASA ilə “Roskosmos” arasında imzalanacaq xüsusi icra sazişində də təsbit ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Roskosmos” və NASA ISS-in orbitdən çıxarılması strategiyasını razılaşdırıb — Fins.az — Fins.az