
“Real Madrid” Valverde və Çuamenini cərimələyib
Fins.az - İspaniyanın Real Madrid klubu yarımmüdafiəçilər Federico Valverde və Aurelien Tchouamenini dava səbəbilə cərimələyib.
Klubun açıqlamasına görə, hər iki futbolçuya 500 min avro məbləğində cərimə tətbiq olunub.
Məlumata əsasən, futbolçular arasında yaranan münaqişə fiziki qarşıdurmaya çevrilib. Hadisə nəticəsində Valverde kəllə-beyin travması alıb və 10-14 gün müddətinə sıradan çıxıb.