Qlobal ÜDM-in 3,4 faizi yaradıcı sənayelərin payına düşür - UNESCO rəsmisi

Qlobal ÜDM-in 3,4 faizi yaradıcı sənayelərin payına düşür - UNESCO rəsmisi

DÜNYA
332

Yaradıcı sənayelərin qlobal iqtisadiyyatda və məşğulluq bazarında rolu getdikcə daha da artır və bu sektor şəhərlərin dayanıqlı inkişafının əsas elementlərindən birinə çevrilir.

Fins.az xəbər verir ki, bu barədə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin katibi Denis Baks Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan “UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.

Denis Baks qeyd edib ki, mədəni və yaradıcı sənayelər hazırda qlobal ÜDM-in 3,4 faizindən çoxunu formalaşdırır və dünya üzrə məşğulluğun təxminən 3,6 faizini təmin edir. O bildirib ki, bu fəaliyyət sahələrinin böyük hissəsi məhz şəhərlərdə cəmləşib.

UNESCO rəsmisinin sözlərinə görə, yaradıcı sənayelər şəhərsalma və mənzil siyasətinə inteqrasiya olunduqda yalnız iqtisadi artımın hərəkətverici qüvvəsi kimi çıxış etmir, eyni zamanda şəhərlərin dayanıqlılığını artırır, sosial dəstəyi gücləndirir və insanların imkanlarının genişlənməsinə töhfə verir.

Baks vurğulayıb ki, yaradıcı iqtisadiyyatın inkişafı şəhərlərin sosial və iqtisadi potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir. Forum çərçivəsində qlobal mənzil böhranı, urbanizasiya, dayanıqlı şəhər inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri üzrə geniş müzakirələr aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal ÜDM-in 3,4 faizi yaradıcı sənayelərin payına düşür - UNESCO rəsmisi — Fins.az — Fins.az