Qlobal IT şirkətləri ilin əvvəlindən 100 mindən çox işçini ixtisar edib

Qlobal IT şirkətləri ilin əvvəlindən 100 mindən çox işçini ixtisar edib

DÜNYA
316

Fins.az - Qlobal texnologiya şirkətləri 2026-cı ilin əvvəlindən indiyədək 103 mindən çox əməkdaşı ixtisar edib.

Layoffs.fyi platformasının məlumatına görə, ümumilikdə 131 texnologiya şirkəti işçi sayının azaldılması ilə bağlı qərar qəbul edib.

Ən böyük ixtisarlar həyata keçirən şirkətlər arasında Oracle, Amazon, Dell TechnologiesPayPal yer alır. Bu şirkətlərin hər biri minlərlə əməkdaşını işdən çıxarıb.

Müqayisə üçün qeyd olunur ki, 2025-ci il ərzində texnologiya sektorunda 272 şirkət üzrə ümumilikdə 124 mindən çox işçi ixtisar edilmişdi.

Mütəxəssislər bildirirlər ki, süni intellekt texnologiyalarının sürətli inkişafı, xərclərin optimallaşdırılması və qlobal iqtisadi qeyri-müəyyənlik texnologiya sektorunda kadr ixtisarlarını sürətləndirən əsas amillərdən biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qlobal IT şirkətləri ilin əvvəlindən 100 mindən çox işçini ixtisar edib — Fins.az — Fins.az